İraqda Parlament seçkilərinin vaxtı təxirə salınıb19 Yanvar 2021, 16:56 (GMT +4) Bakı, 19 yanvar, SalamNews, B,Samid. İraqda Parlament seçkiləri cari ilin oktyabrında keçiriləcək.
SalamNews İraq mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Nazirlər kabineti qərar qəbul edib.
Bildirilib ki, İraqda parlament seçkiləri cari ilin oktyabr ayının 10-da keçiriləcək.
Qeyd edək ki, bu seçkilər yaz aylarında keçirilməli idi.
Bəzi siyasi partiyalar hökumətin bu qərarını qınayıblar.
|