Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Ötən il Mətbuat Şurasına daxil olan şikayətlərin sayı açıqlanıb

19 Yanvar 2021, 17:10 (GMT +4)

Bakı, 19 yanvar, SalamNews. 2020-ci ildə Mətbuat Şurasına ümumilikdə 389 müraciət daxil olub.

Şuradan SalamNews-a verilən məlumata görə, onlardan 261-i bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. 128 müraciət digər məsələlərlə bağlı olub.

Şura Katibliyi 261 şikayətlə əlaqədar tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 178 məsələ Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 83 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib.

Şikayətlər üzrə Komissiyada baxılan 83 məsələdən 67-i komissiya səviyyəsində həllini tapıb. Digər 16 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.

261 şikayətin təsnifatı:

Ayrı-ayrı vətəndaşlar – 95;

Dövlət idarə, müəssisə və təşkilatları - 94,

Özəl müəssisələr – 72.

Ötən il ərzində müxtəlif məsələlərlə bağlı Şuranın İdarə Heyətinin 6, Şikayətlər üzrə Komissiyanın 11 iclası keçirilib.

Şikayətlərin KİV-lər üzrə təsnifatı aşağıdakı kimidir:

İnternet xəbər portallar – 73 %

İnformasiya agentlikləri – 16 %

Qəzetlər – 10 %

Jurnallar – 1 %.

Azərbaycan Mətbuat Şurasına daxil olan şikayətlərdə ifadə olunan narazılıq:

Materialda qarşı tərəfin mövqeyinin işıqlandırılmaması – 38 %;

Şərəf və ləyaqətin təhqiri – 29 %;

İşgüzar nüfuzun ləkələnməsi – 24 %;

Digər narazılıqlar – 9 %.

Azərbaycan Mətbuat Şurasına daxil olan şikayətlərdə ifadə olunan tələb:

Yayımlanmış materialın silinməsi – 27 %

Təkzib verilməsi – 21 %;

Üzr istənilməsi – 19 %;

KİV-in fəaliyyətinin dayandırılması – 16 %;

Qarşı tərəfin mövqeyinin işıqlandırılması – 13 %;

Digər qanuni ölçü götürülməsi – 4 %.

Mətbuat Şurasının cavabdeh KİV-lərlə bağlı tədbirləri aşağıdakıları nəzərdə tutub:

Təkzib verilməsi – 44 %;

Qarşı tərəfin mövqeyinin işıqlandırılması – 35 %;

Məsələnin hüquqi müstəvidə araşdırılmasının zəruriliyi ilə bağlı şikayətçi tərəfin məlumatlandırılması – 12 %;

Şikayətə səbəb olmuş materialın silinməsi – 9 %.

 





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

MTRŞ Kəlbəcərdəki hadisə ilə bağlı bəyanat yayıb

MTRŞ: Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

MTRŞ-in üzvü Məmməd Cəfərov vəfat edib

MTRŞ telekanallarda şəhidlər barədə çəkilən reportajların sayını açıqlayıb

MTRŞ üzvü Mübariz Elyazov koronavirusdan vəfat edib

MTRŞ: Ölkə üzrə açıq paketdə olan TV-lərin və 3 radio kanalının Dağlıq Qarabağ və ətraf ərazilərdə yayımı təşkil olunacaq

MTRŞ: Bu il televiziya və radio reklamı bazarının 30 faizədək tənəzzülü gözlənilir

İsmət Səttarov MTRŞ-yə üzv təyin edilib

MTRŞ koronavirusa görə vətəndaş qəbulunu dayandırır

MTRŞ 102 MHz tezliyi ilə bağlı müsabiqəni ləğv edib

MTRŞ daha bir kabel şəbəkəsi yayımçısına lisenziya verib

MTRŞ-da Azərbaycanın iri kabel şəbəkə operatorlarının rəhbərləri ilə görüş keçirilib

MTRŞ üç şirkətə kabel şəbəkəsi yayımı üçün müddətsiz lisenziya verib

MTRŞ sədri Koreya səfiri ilə görüşüb

MTRŞ “Türkel TV”-nin lisenziyasını ləğv edib

Dövlət büdcəsindən MTRŞ-ya ayrılacaq vəsait artırılır

Efirdə aparıcıların nitqində daha çox fonetik normalar pozulur - MTRŞ sədri

MTRŞ telekanalların monitorinq nəticələrini elan edəcək

MTRŞ əməkdaşının yol qəzasında ölümü ilə bağlı rəsmi məlumat yayılıb

İlham Əliyev MTRŞ üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb

25 Sentyabr 2021, 09:43 (GMT +4)
Fələstin lideri İsraildən bir ilə İordan çayının Qərbindən çıxmağı tələb edib

25 Sentyabr 2021, 09:17 (GMT +4)
Azərbaycanda çempion olduğum üçün xoşbəxt idim - Keysuke Honda

25 Sentyabr 2021, 08:37 (GMT +4)
İranın Azərbaycandakı səfiri qarşılıqlı əlaqələrlə bağlı olan son proseslərə münasibət bildirib

24 Sentyabr 2021, 20:00 (GMT +4)
Güləşçimiz dünya çempionu olub

24 Sentyabr 2021, 19:30 (GMT +4)
"Qarabağ"ın rəqibinin 2 futbolçusu koronavirusa yoluxub

24 Sentyabr 2021, 19:08 (GMT +4)
Minlərlə Ərbəin zəvvarı yolların açılması üçün sərhədə toplaşıb (VİDEO)

24 Sentyabr 2021, 18:49 (GMT +4)
Azercell Mobil Müştəri Xidmətləri Şuşada! (VİDEO)

24 Sentyabr 2021, 18:02 (GMT +4)
AzTU-da kadr dəyişikliyi aparılıb

24 Sentyabr 2021, 18:00 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejimi çərçivəsində oktyabrın 1-dən yumşalmalar olacaq

24 Sentyabr 2021, 17:50 (GMT +4)
İrəvan Ankara ilə münasibətləri tənzimləməyə hazır olduğunu təsdiqləyib

24 Sentyabr 2021, 17:38 (GMT +4)
Aİ-nin əməkdaşı AQTİ laboratoriyalarının iş prinsipi ilə tanış olub

24 Sentyabr 2021, 17:26 (GMT +4)
Ceyhun Bayramov BMT rəsmisini Ermənistanın xarici terrorçulardan istifadə etməsi barədə məlumatlandırıb

24 Sentyabr 2021, 17:15 (GMT +4)
Norveç mərhələli şəkildə ölkəyə səyahət məhdudiyyətlərini ləğv edəcək

24 Sentyabr 2021, 17:04 (GMT +4)
İstirahət günlərinin hava proqnozu açıqlanıb

24 Sentyabr 2021, 16:58 (GMT +4)
Ərdoğan: ABŞ-la münasibətlər tamamilə fərqli səviyyədə olmalıdır

24 Sentyabr 2021, 16:55 (GMT +4)
Lionel Messi PSJ-də məşqlərə başlayır

24 Sentyabr 2021, 16:52 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

24 Sentyabr 2021, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 2 590 nəfər COVID-19-dan sağalıb, 1 128 nəfər yoluxub

24 Sentyabr 2021, 16:35 (GMT +4)
Suriya hökuməti ABŞ ordusunun ölkədən dərhal çıxmasını tələb edib

24 Sentyabr 2021, 16:27 (GMT +4)
Borrel: AB Türkiyə ilə sıx əməkdaşlığa hazırdır

24 Sentyabr 2021, 16:15 (GMT +4)
Mehriban Əliyeva Binədə yeni inşa edilən 88 saylı məktəbdəki şəraitlə tanış olub

24 Sentyabr 2021, 16:05 (GMT +4)
Dövlət Gömrük Komitəsi və Diaspor Komitəsi Anlaşma Memorandumu imzalayıb

24 Sentyabr 2021, 15:58 (GMT +4)
Peskov ABŞ-ın Rusiyaya qarşı mümkün sanksiyalarından danışıb

24 Sentyabr 2021, 15:54 (GMT +4)
Müdafiə Nazirliyi vətəndaşın narazılığına münasibət bildirib

24 Sentyabr 2021, 15:45 (GMT +4)
Daha bir azərbaycanlı futbolçu Polşa klubu ilə anlaşıb

24 Sentyabr 2021, 15:42 (GMT +4)
Bakcell və “ASAN Məktub” yeni tədris ilində uşaqları sevindirib

24 Sentyabr 2021, 15:33 (GMT +4)
İmişlidə istehlaka yararsız 120 kq ət aşkar olunub

24 Sentyabr 2021, 15:21 (GMT +4)
Çavuşoğlu: AB sabitlik üçün Ankara ilə əməkdaşlıq etməlidir

24 Sentyabr 2021, 15:11 (GMT +4)
Hindistanda kriminal avtoritetin mühakiməsində məhkəməyə hücum edilib, ölənlər var (VİDEO)

24 Sentyabr 2021, 15:04 (GMT +4)
"BakıKart"ın balansını onlayn artırmaq mümkün olub (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66