Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

19 Yanvar 2021, 10:45 (GMT +4)

Bakı, 19 yanvar, SalamNews. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

BDYPİ-dən SalamNews-a daxil olan müraciətdə deyilir:

"Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək qəzalar və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmağı, avtomobillərinin texniki sazlığını, xüsusilə təkərlərin mövsümə uyğunluğunu təmin etmələrini, hərəkət zamanı hava şəraitini düzgün qiymətləndirmələrini xahiş edir.

Bəzi yolların buz bağlama ehtimalının olmasını nəzərə alaraq, şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normaların tələbinə (minik avtomobilləri üçün 1,6 mm-dən, yük avtomobillərində 1 mm-dən, avtobuslarda 2 mm-dən, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır) uyğun olmayan nəqliyyat vasitələrinin istismarına yol verməsinlər.

Digər günlərə nisbətən nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olması baxımından sürücülərə hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur.

Eyni zamanda yola çıxmazdan əvvəl avtomobilin ban şüşələrini təmizləməklə şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə təchiz olunmasını təmin etməlidirlər.

Qarlı, buzlu yollarda nəqliyyat vasitələrini idarə etmə vərdişləri olmayan sürücülərin belə hava şəraitində avtomobil idarə etmələrinin onların özləri və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, həmin sürücülərin sükan arxasına əyləşməmələri xahiş olunur".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DYP yollarda gizli radarlar quraşdırılmasına dair məlumatlara münasibət bildirib

DYP vətəndaşlara müraciət edib

DYP AVRO-2020 ilə bağlı vətəndaşlara müraciət edib

DYP “Formula 1” Azərbaycan Qran Prisi ilə bağlı məlumat yayıb

DYP ictimai nəqliyyatda və avtomobillərdə maskadan istifadə ilə bağlı müraciət edib

DYP bayram günü ilə bağlı açıqlama yayıb

DYP «Formula 1» ilə əlaqədar Bakıda bağlanan küçə və prospektlərin adlarını açıqlayıb

DYP əməkdaşları qanvermə aksiyasında iştirak edib

DYP uzaq məsafələrə səyahət edən sürücülərə müraciət edib

DYP yükdaşıma fəaliyyəti ilə məğul olan sahibkar və sürücülərə müraciət edib

Avtomobil oğurlayan şəxs DYP maşınını vuraraq qaçmağa cəhd göstərib

DYP sürücülərə müraciət edib

BDYPİ patrul avtomobillərinin gizli yerdə dayanaraq sürücüləri cərimələməsilə bağlı yayılan məlumatlara münasibət bildirib

DYP: Cəriməsi olan avtomobillər Rusiyadan Azərbaycana buraxılmayacaq

DYP Astarada tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirib

DYP hərəkət iştirakçılarına müraciət edib

Küləkli havaya görə DYP hərəkət iştirakçılarına müraciət edib

DYP küləkli hava ilə əlaqədar sürücülərə xəbərdarlıq edib

DYP bəzi sürücüləri yola çıxmamağa çağırıb

DYP sürücülərə növbəti dəfə xəbərdarlıq edib

22 İyun 2021, 10:47 (GMT +4)
Prezident İlham Əliyev BMT-nin Baş katibinə məktub göndərib 

22 İyun 2021, 10:45 (GMT +4)
Sanksiyalar ləğv edilsə İran yığıb saxladığı 200 milyon barel nefti bazara çıxaracaq - Reuters

22 İyun 2021, 10:35 (GMT +4)
Egey dənizində zəlzələ baş verib

22 İyun 2021, 10:25 (GMT +4)
Azərbaycanda iş və xidmət sahələrində COVID-19 pasportu avqustun 1-dən tələb olunacaq

22 İyun 2021, 10:23 (GMT +4)
İran dondurulmuş pullarının bir qismi ilə 16 milyon doza vaksin aldığını bildirib

22 İyun 2021, 10:22 (GMT +4)
50 nəfərdən çox qonağın iştirak etdiyi toylarda COVID-19 pasportu tələb olunacaq

22 İyun 2021, 10:17 (GMT +4)
Toyda iştirak edəcək qonaqların sayı “icaze.e-gov.az” portalına daxil ediləcək

22 İyun 2021, 10:08 (GMT +4)
Azərbaycanda iyulun 1-dən toyların keçirilməsinə icazə verilib

22 İyun 2021, 10:01 (GMT +4)
Amerikalıların üçdə biri Baydenin seçkilərdəki qələbəsini ədalətsiz hesab edir

22 İyun 2021, 09:57 (GMT +4)
İyunun 22-də xarici valyutaların manata qarşı məzənnələri

22 İyun 2021, 09:46 (GMT +4)
"Azərbaycan dili" fənnindən ikinci imtahan keçiriləcək

22 İyun 2021, 09:33 (GMT +4)
Husilər Yəmən səmasında son üç gündə ikinci PUA-nı vurublar

22 İyun 2021, 09:30 (GMT +4)
Qala qəsəbəsində sürücü qəza törədib

22 İyun 2021, 09:17 (GMT +4)
ABŞ Dövlət Departamenti Ermənistanda keçirilən seçkiləri şərh edib

22 İyun 2021, 09:12 (GMT +4)
Hərbi Dəniz Qüvvələrində taktiki təlim başlayıb

22 İyun 2021, 09:00 (GMT +4)
FHN Bakıda binada baş verən partlayışla bağlı məlumat yayıb

22 İyun 2021, 08:57 (GMT +4)
Əfqanıstanın dörd əyalətində yerli camaat Talibana qarşı hərbi səfərbərlik elan edib (VİDEO)

22 İyun 2021, 08:40 (GMT +4)
Qafqaz Müsəlmanları İdarəsinin sədri İranın yeni seçilmiş prezidentini təbrik edib

22 İyun 2021, 06:25 (GMT +4)
Bu gün İmam Rzanın (ə) mövlud günüdür

21 İyun 2021, 18:01 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

21 İyun 2021, 17:58 (GMT +4)
Lavrov: ATƏT beynəlxalq məsələlərdə daha əhəmiyyətli rol oynaya bilər

21 İyun 2021, 17:55 (GMT +4)
Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiqlənib

21 İyun 2021, 17:45 (GMT +4)
Azərbaycanda son sutkada 49 nəfər COVID-19-dan sağalıb, 28 nəfər yoluxub

21 İyun 2021, 17:40 (GMT +4)
“Azərbaycan dilinin orfoepiya normaları” təsdiqlənib

21 İyun 2021, 17:30 (GMT +4)
Lavrov: Ermənistanda hökumətin qurulmasını gözləyək

21 İyun 2021, 17:20 (GMT +4)
İranda prezident seçkilərinin qalibi İbrahim Rəisi Səudiyyə Ərəbistanını Yəmən müharibəsini dayandırmağa çağırıb

21 İyun 2021, 17:14 (GMT +4)
Şəki sakinindən müxtəlif tipli odlu silahlar götürülüb

21 İyun 2021, 17:03 (GMT +4)
Xəbərdarlıq: Ölkə ərazisində anomal isti gözlənilir, temperatur 44 dərəcəyədək yüksələcək

21 İyun 2021, 16:53 (GMT +4)
Məscidlərdə pandemiya qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlərə başlanılıb

21 İyun 2021, 16:41 (GMT +4)
Braziliyada son sutkada 44 mindən çox koronavirusa yoluxma qeydə alınıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66