Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Xaçmaz KOB evində ötən il sahibkarlara 21 minə yaxın xidmət göstərilib

19 Yanvar 2021, 10:15 (GMT +4)

Bakı, 19 yanvar, SalamNews. 2020-ci ildə Xaçmaz KOB evində sahibkarlara 20 759 xidmət göstərilib.

Bu barədə SalamNews-a İqtisadiyyat Nazirliyi yanında Kiçil və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Məlumata görə, bu xidmətlərin 95 %-ni dövlət-biznes (“G2B”), 5 %-ni isə biznes-biznes (“B2B”) xidmətləri təşkil edib. Göstərilmiş xidmətlərdən 4 975-i (24 %) sənəd qəbulu, 14 210-u (68 %) hazır sənədin əldə edilməsi və 1 574-ü (8 %) məlumat xarakterlidir.

“G2B” xidmətlərin 70 %-ni İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (13 752 xidmət), 20,5 %-ni Dövlət Vergi Xidməti (4 034 xidmət), 2,2 %-ni Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi (441 xidmət), 2,1 %-ni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC (404 xidmət), 1,4 %-ni Əmlak Məsələləri Dövlət Xidməti (268 xidmət) göstərib.

KOB evinə müraciət etmiş sahibkarlar “B2B” xidmətlər üzrə daha çox “Azercell Telekom” MMC, "Azərbaycan Beynəlxalq Bankı", "Kapital Bank", "Rabitəbank", "Prior Leasing" ASC-lərin xidmətlərindən istifadə ediblər.

Hazırda sahibkarların KOB evinin xidmətlərindən məmnunluq göstəricisi 98 %-dir. Xaçmaz KOB evinin sahibkarlara göstərdiyi xidmətlərdən məmnunluq səviyyəsi elektron sistem vasitəsilə, hər bir xidmət üzrə yerindəcə ölçülür.

Pandemiya ilə əlaqədar növbə sıxlığının aradan qaldırılması, vətəndaşlar arasında təmasın minimuma endirilməsi, eləcə də vaxt itkisinin qarşının alınması məqsədilə 2020-ci ildə Xaçmaz KOB evinə müraciət edən sahibkarlar üçün onlayn növbə sisteminin (KOB növbə) tətbiqinə başlanılıb.

KOBİA-nın strukturuna daxil olan Xaçmaz KOB evi 2020-ci ilin fevral ayında fəaliyyətə başlayıb. Burada sahibkarlara İqtisadiyyat Nazirliyi və onun qurumları (Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondun - AZPROMO), Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Reklam Agentliyi, "Azərpoçt", "Azəriqaz", "Azərsu" və "Azərişıq" ASC-lər və s. qurumlar 150-yə yaxın “G2B” xidmətləri, bank, sığorta, lizinq, broker kimi özəl təşkilatlar isə 100-ə qədər zəruri “B2B” xidmətləri göstərir. Xaçmaz KOB evinin əsas üstünlüyü sahibkarlara xidmətlərin vahid məkanda göstərilməsi, iş adamlarının vaxta və xərclərinə qənaət etməsi, xidmətlərin şəffaf və operativ təşkili, xidmət səviyyəsinin ölçüləbilən olmasıdır. Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar heç bir quruma getmədən sahibkarlıq fəaliyyəti ilə bağlı xidmətlər üçün Xaçmaz KOB evinə müraciət edə bilərlər.

Yaxın vaxtlarda Yevlax şəhərində də KOB evi fəaliyyətə başlayacaq. Bakı şəhərində isə KOB evinin yaradılması istiqamətində müvafiq işlər aparılır.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KOBİA: "Fintech"in tətbiqi "kölgə iqtisadiyyatı"ndan çıxmağa imkan verir

KOBİA: Daxili bazar araşdırmasının aparılmasına dövlət dəstəyi göstərilir

KOBİA TESK və TÜRKONFED ilə əməkdaşlıq memorandumları imzalayıb

KOBİA startap layihələrinə maliyyə dəstəyi verəcək

KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb (FOTO)

KOBİA: Ötən il 10 yeni KOB subyekti yaradılıb

KOBİA Qarabağda biznes qurmaq istəyənlərə müraciət edib

KOBİA Türkiyənin Kiçik Sahibkarlar və Sənətkarlar Konfederasiyası ilə regionlarda layihələr həyata keçirəcək

KOBİA: Ermənistanın təxribatı nəticəsində 160 sahibkara ziyan dəyib

KOBİA sahibkarlara müraciət edib

KOBİA özünüməşğulluq proqramına cəlb edilənlərə dəstək verir

Dünyanın tanınmış layihəsi KOBİA-nın dəstəyi ilə həyata keçiriləcək

KOBİA sahibkarları sənaye parklarında və məhəllələrində işləməyə çağırıb

QHT-lərə Dövlət Dəstəyi Şurası və KOBİA qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)

KOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir

Nazirlik: 300-dək vətəndaş KOBİA-nın dəstəyindən istifadə edib

KOBİA: Yeni güzəştli kreditləşdirmə mexanizmləri KOB-ların maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır

KOBİA: Üç yeni biznes assosiasiyası yaradılıb

KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıb

KOBİA sahibkarlara müraciət edib

05 Mart 2021, 10:15 (GMT +4)
DİM və Təhsil Nazirliyi buraxılış imtahanları ilə bağlı yeni qərar verib

05 Mart 2021, 10:10 (GMT +4)
Yeni Zelandiya sahillərində 7.3 bal gücündə zəlzələ baş verib

05 Mart 2021, 10:00 (GMT +4)
Bakıda məcburi köçkünlərin yataqxanasında yanğın olub

05 Mart 2021, 09:49 (GMT +4)
Yəməndən Səudiyyə Ərəbistanına PUA-larla hücum edilib, havadan müdafiə cavab verib

05 Mart 2021, 09:45 (GMT +4)
NRYTN-nin təşəbbüsü ilə kibertəhlükəsizliyə dair onlayn tədbir keçirilir

05 Mart 2021, 09:41 (GMT +4)
Çexiyada səkkiz yaşlı uşaq koronavirusdan ölüb

05 Mart 2021, 09:30 (GMT +4)
Azərbaycan nefti kəskin bahalaşıb

05 Mart 2021, 09:16 (GMT +4)
İslam Əməkdaşlıq Təşkilatı Beynəlxalq Cinayət Məhkəməsində İsrailə qarşı şikayətlərin təmin edilməsini alqışlayıb

05 Mart 2021, 09:15 (GMT +4)
Energetika Nazirliyi: Azərbaycan mövcud ixtisarların apreldə də davam etdirilməsinə razılıq verib

05 Mart 2021, 09:10 (GMT +4)
Futzal yığmamız Moldovaya 5 qolla qalib gəlib 

05 Mart 2021, 09:00 (GMT +4)
Zakir Həsənov Türkiyəyə başsağlığı verdi: Sizin acınız bizim də acımızdır

05 Mart 2021, 08:50 (GMT +4)
Türkiyədə helikopterin qəzaya uğramasının ilkin səbəbi açıqlanıb

04 Mart 2021, 23:30 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

04 Mart 2021, 23:07 (GMT +4)
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 11 hərbçi şəhid olub

04 Mart 2021, 22:35 (GMT +4)
Xalqxeber.Az xəbər portalının 9 yaşı tamam olur

04 Mart 2021, 18:00 (GMT +4)
FHN: Ötən sutka ərzində 35 yanğına çıxış olub

04 Mart 2021, 17:45 (GMT +4)
"YAŞAT" Fondunun rəhbəri: İsrailli həkimlər 28 qaziyə protez göz taxıb

04 Mart 2021, 17:38 (GMT +4)
Prezident İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında çıxış edib

04 Mart 2021, 17:34 (GMT +4)
ÜST: 43 Avropa ölkəsində koronavirusun "İngiltərə" növü aşkar edilib

04 Mart 2021, 17:30 (GMT +4)
Azərbaycan XİN: Zəlzələdən zərər çəkən Yunanıstanla həmrəyik

04 Mart 2021, 17:25 (GMT +4)
Sergey Lavrov körfəzdə yerləşən ərəb ölkələrinə səfər edəcək

04 Mart 2021, 17:16 (GMT +4)
Qətərlə Azərbaycan arasında investisiya qoyuluşu müzakirə edilib

04 Mart 2021, 17:04 (GMT +4)
DİN Qazaxdakı dava ilə bağlı açıqlama yayıb

04 Mart 2021, 16:52 (GMT +4)
Azərbaycanda daha 314 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

04 Mart 2021, 16:41 (GMT +4)
Azərbaycanda ötən il 7 min tona yaxın bal istehsal olunub

04 Mart 2021, 16:39 (GMT +4)
Türk və İslam Əsərləri Muzeyində qədim və nadir Azərbaycan xalçalarının sərgisi davam edir (FOTO)

04 Mart 2021, 16:22 (GMT +4)
Prioritetimiz Qarabağda təhlükəsizlik və sabitliyin bərqərar olmasına kömək etməkdir - Ərdoğan

04 Mart 2021, 16:15 (GMT +4)
Əfqanıstanın Hərat şəhərində hərbi əməliyyat zamanı 39 nəfər yaralanıb

04 Mart 2021, 16:14 (GMT +4)
Azərbaycana 400 min dozadan çox "AstraZeneca" vaksini ayrılıb

04 Mart 2021, 16:11 (GMT +4)
Ərdoğan İrana qarşı tətbiq edilən birtərəfli sanksiyaları ləğv etməyə çağırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66