Ərdoğan: Türkiyə nə qədər güclənirsə, Ankaraya təzyiq bir o qədər artır18 Yanvar 2021, 17:45 (GMT +4) Bakı, 18 yanvar, SalamNews. Türkiyə hökuməti diqqətini investisiya, istehsal, böyümə, məşğulluq və ixracata yönəldərək ölkənin potensialından tam şəkildə istifadə etməkdə qərarlıdır.
SalamNews -un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının funksionerlərinə müraciət edərkən bildirib.
Onun sözlərinə görə, Türkiyə bölgədə və dünya arenasında nə qədər güclənirsə Ankaraya təzyiq dalğası bir o qədər artır.
“Türkiyənin demokratik inkişafını tənqid edənlər, ehtiyac olduqları təqdirdə, demokratik sahədə ən utanverici addımları atmaqdan çəkinmirlər. Çünki demokratiya onlar üçün maraqlarına çatmaq yolunda bir vasitədir", Ərdoğan bildirib.
|