Rusiya Hollandiya səfirliyinin iki əməkdaşını ölkədən çıxarır18 Yanvar 2021, 16:47 (GMT +4) Bakı, 18 yanvar, SalamNews. Rusiya Xarici İşlər Nazirliyi Hollandiya səfirliyinin iki əməkdaşının ölkədən çıxarıldığını bəyan edib.
“Hollandiya səfirliyinin nümayəndəsinə bildirilib ki, Rusiya tərəfi qarşılıqlı prinsipi rəhbər tutaraq, Hollandiyanın Moskvadakı səfirliyinin iki diplomatik əməkdaşının ölkədən çıxarılmasına qərar verib.
Onlar iki həftə ərzində Rusiya Federasiyasının ərazisini tərk etməli olacaqlar”, deyə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
2020-ci ilin dekabrında, Hollandiya Xarici işlər nazirliyi Rusiya səfirliyinə nota göndərərək iki rus diplomatın "persona non qrata" elan edildiyini bildirib.
SalamNews RT-yə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu qərarı dostcasına atılmayan təxribat xarakterli addım adlandırıb.
|