Berlin Moskvadan Navalnının azadlığa buraxılmasını tələb edib18 Yanvar 2021, 16:23 (GMT +4) Bakı, 18 yanvar, SalamNews. Almaniya Xarici İşlər Naziri Hayko Maas, Rusiyanı ötən gün Berlindən gələrkən Moskva hava limanında saxlanılan rus müxalifətçi Aleksey Navalnını dərhal azadlığa buraxmağa çağırıb.
SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, Almaniya Xarici İşlər Naziri bildirib ki, Navalnı sağaldıqdan sonra Rusiyaya qayıtmağa qərar verib.
“Rusiya rəhbərliyi onu ölkəyə gəldikdən dərhal sonra saxlayıb. Bu tamamilə izahedilməz bir vəziyyətdir. Rusiya, konstitusiya və beynəlxalq öhdəliklərə uyğun olaraq, qanun aliliyi və vətəndaş hüquqlarının qorunmasını təmin etməlidir. Əlbətdə ki, bu prinsiplər Aleksey Navalnı üçün də tətbiq olunmalıdır. Navalnı dərhal azadlığa buraxılmalıdır”, deyə nazir vurğulayıb.
|