ABŞ Əfqanıstandakı vətəndaşlarını dərhal bu ölkəni tərk etməyə çağırıb18 Yanvar 2021, 15:44 (GMT +4) Bakı, 18 yanvar, SalamNews, B,Samid. ABŞ-ın Kabildəki səfirliyi Əfqanıstanda hücumların arta biləcəyilə bağlı xəbərdarlıq edib və vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb.
SalamNews KhaamaPress-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstan Səfirliyi bəyanat verib.
Səfirlik Əfqanıstanda hücumların artacağı ilə bağlı xəbərdarlıq edib və vətəndaşlarını dərhal bu ölkəni tərk etməyə çağırıb.
Bu bəyanatda bildirilib ki, Əfqanıstanda olan səfirliklər, beynəlxalq təşkilatların nümayəndəlikləri, otellər və digər ümumi və diplomatik məkanlar təhlükəli hesab edilirlər, çünki daha çox hücuma məruz qala bilərlər.
Qeyd edək ki, ABŞ səfirliyi belə bir xəbərdarlıq bəyanatını, Talibanla Vaşinqton arasında imzalanmış sülh sazişinin fonunda verir.
|