Türkiyə müdafiə naziri İraqa elan edilməmiş səfərə yollanıb18 Yanvar 2021, 14:50 (GMT +4) Bakı, 18 yanvar, SalamNews, B,Samid. Türkiyə müdafiə naziri Hülusi Akar Bağdada elan edilməmiş səfərə yollanıb.
SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, Hülusi Akar bu səfər çərçivəsində İraqın baş naziri Mustafa əl-Kazimi, bu ölkənin müdafiə naziri və sair rəsmilərilə görüşəcək.
Bu səfər öncədən elan edilməmişdi və onun məqsədi də mətbuata bəlli deyil.
Qeyd edək ki, İraqın baş naziri Mustafa əl-Kazimi üçüncü xarici səfəri çərçivəsində ötən ay Türkiyədə rəsmi səfərdə olmuşdu.
Bir çox iraqlı mənbələr, Hülusi Akarın Bağdad səfərini, İraqın şimalında aparılacaq mümkün hərbi əməliyyatla əlaqədar olduğunu iddia ediblər.
|