Lavrov: Dağlıq Qarabağın müstəqilliyi heç kim tərəfindən tanınmayıb (VİDEO)
18 Yanvar 2021, 14:50 (GMT +4)
Bakı, 18 yanvar, SalamNews. Dağlıq Qarabağın müstəqilliyi Ermənistan da daxil olmaqla heç kim tərəfindən tanınmayıb. SalamNews -un məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bəyan edib.
Jurnalistin sualını cavablandıran S. Lavrov, Qarabağın Rusiyanın tərkibinə daxil olması ilə bağlı mümkün təklifi də "ekzotik" adlandırıb.
"Bilirsiniz, Dağlıq Qarabağın müstəqilliyini Ermənistan da daxil olmaqla heç kim tanımayıb. Biz bunu ağlımıza belə gətirmirik", Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.