KİV: Tramp tərəfdarları müxtəlif ştatlarda azsaylı etiraz aksiyaları təşkil edib18 Yanvar 2021, 15:21 (GMT +4) Bakı, 18 yanvar, SalamNews. Hazırki ABŞ prezidenti respublikaçı Donald Trampın tərəfdarları bazar günü bir neçə ştatın paytaxtında azsaylı etiraz aksiyaları təşkil edib.
“Associated Press” agentliyi xəbər verir ki, aksiyalar dinc xarakter daşıyıb, polislə qarşıdurma qeydə alınmayıb.
SalamNews xəbər verir ki, Ohayo ştatının Kolumbus şəhərində onlarca insan Trampın seçki kampaniyasının simvolları ilə Kapitoliya binasına gəlib. Agentlik xəbər verir ki, onların bəziləri üzərilərində bu ştatda gəzdirilməsi leqal olan odlu silah daşıyıb.
“Bura gəlmişəm ki, senzura, alçaldılma, işdən qovulma və ya güc tətbiqetmə hədələrindən qorxmadan öz siyasi baxışlarımı ifadə etmək hüququmu qoruyum”, - deyə Agentlik mitinq iştirakçılarından birinin sözlərini təqdim edir. Miçiqan və Oreqon ştatlarında da eyni vəziyyət qeydə alınsa da, aksiya iştirakçılarının sayı olduqca az idi.
|