Suriyaya neft aparan yeddi tanker terror hücumuna məruz qalıb18 Yanvar 2021, 10:24 (GMT +4) Bakı, 18 yanvar, SalamNews, B,Samid. Son ildə Suriyaya neft aparan tankerlərdən yeddisi terror hücumlarına məruz qalıb.
SalamNews SANA-a istinadla xəbər verir ki, bu barədə Suriyanın baş naziri Hüseyn Arnus ölkə parlamentində çıxışı zamanı deyib.
Suriya baş naziri ölkədə yanacaq baxımından qıtlığın səbəblərindən, son illərdə dəfələrlə neft və neft email zavodlarına hücumlardan və bu həssas obyektlərdə törədilən təxribatlardan söz açaraq, vurğulayıb ki, son ildə ölkəyə gətirən neft tankerlərindən yeddisi hücuma məruz qalıb.
O əlavə edib ki, bu tankerlədən ikisi son zamanlarda Qırmızı dənizdə hücuma məruz qalıb.
Hüseyn Arnusun sözlərinə görə bu hücumdan dolayı həmin tankerlərin Suriya sahilinə çatması bir ay təxirə düşüb.
|