Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

DMX Azərbaycandakı əcnəbilərə müraciət edib

18 Yanvar 2021, 16:50 (GMT +4)

Bakı, 18 yanvar, SalamNews. Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

DMX-dən SalamNews-a bildirilib ki, Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli, 9 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb və yeni qərara uyğun olaraq, əcnəbilərin olduğu yeri və ya yaşayış yerini tərk etməsi üçün SMS icazə ləğv olunub.

Bununla əlaqədar, ölkədə olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin DMX-nin fəaliyyəti ilə bağlı aşağıdakıları nəzərə almaları xahiş edilib:

"Miqrasiya məsələləri ilə bağlı müraciətlərin qəbulu “ASAN xidmət” mərkəzləri və regional miqrasiya idarələri vasitəsilə və ya elektron qaydada həyata keçirilir.

Müvəqqəti və daimi yaşama icazələrinə müraciət edilməsi zamanı qanunvericiliklə tələb olunan bütün sənədlər (müvafiq tibbi arayışlar da daxil olmaqla) təqdim edilməlidir. Hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı müvafiq tibbi arayışların (sənəd qəbulu zamanı təqdim edə bilməyən) təqdim edilməsi zəruridir. Daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması bərpa edilir (2021-ci il 25 yanvar tarixinədək ərazisinə giriş-çıxış məhdudlaşdırılmış şəhər və rayon mərkəzlərində yaşayan əcnəbilər istisna olmaqla). Həmçinin Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilər üçün Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, eləcə də hüquq və vəzifələrlə bağlı qanunvericiliyin öyrənilməsi ilə əlaqədar yenidən kursların keçirilməsinə başlanılır. Onlayn kurslarda iştirak etmək istəyənlər iş günləri saat 09:00-dan 18:00-a qədər (012) 566-37-74 telefon nömrəsinə zəng edə bilərlər".

"Bir daha xatırladırıq ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur. Daha ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə, Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə sorğu göndərə bilərsiniz. Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzi xüsusi karantin rejimi tətbiq olunan müddətdə fasiləsiz xidmət göstərməkdə davam edəcəkdir", məlumatda bildirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

02 Mart 2021, 18:00 (GMT +4)
Neftçalada şəhid muzeyinin açılışı olub

02 Mart 2021, 17:51 (GMT +4)
Bakıda narkotacir saxlanılıb

02 Mart 2021, 17:46 (GMT +4)
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısı açıqlanıb

02 Mart 2021, 17:40 (GMT +4)
MN: Qarabağda xidmət edən hərbçilərin maaşına 100 faiz həcmində əlavə edilib

02 Mart 2021, 17:37 (GMT +4)
“Barselona”nın sabiq prezidenti müvəqqəti azadlığa buraxılıb

02 Mart 2021, 17:32 (GMT +4)
“Caspian Energy Club” növbəti “Online Round Table” təşkil edib

02 Mart 2021, 17:26 (GMT +4)
"Formula 1" üzrə Azərbaycan Qran-prisi tamaşaçısız keçiriləcək

02 Mart 2021, 17:24 (GMT +4)
AB Rusiyanın "yüksək vəzifəli şəxslərinə" qarşı sanksiyalar tətbiq edib

02 Mart 2021, 17:15 (GMT +4)
Azərbaycanda Ramazan ayının nə vaxt başlayacağı açıqlanıb

02 Mart 2021, 17:10 (GMT +4)
Bakıda ödəmə terminalından 3500 manat oğurlanıb

02 Mart 2021, 17:03 (GMT +4)
Futzal millimizin üzvü: Moldova ilə oyunun favoritiyik - (MÜSAHİBƏ)

02 Mart 2021, 16:56 (GMT +4)
Sarkisyan Konstitusiya Məhkəməsinə müraciət edib

02 Mart 2021, 16:52 (GMT +4)
Şamaxı sakinində silah aşkarlanıb

02 Mart 2021, 16:44 (GMT +4)
ABŞ prezidenti Co Bayden Mixail Qorbaçovu təbrik edib

02 Mart 2021, 16:42 (GMT +4)
Azərbaycan-Türkiyə arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

02 Mart 2021, 16:32 (GMT +4)
FHN: Ötən sutka ərzində 8 nəfər xilas edilib

02 Mart 2021, 16:28 (GMT +4)
Ermənistan Baş Qərargah rəisi prezidentin razılığı olmadan vəzifəsindən azad ediləcək

02 Mart 2021, 16:23 (GMT +4)
Dövlət Xidməti hərbi vəzifəlilərə zənglər edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

02 Mart 2021, 16:12 (GMT +4)
“Azərişıq” qəzaları dronlar vasitəsilə aşkar edəcək

02 Mart 2021, 16:00 (GMT +4)
Futbol üzrə Azərbaycan millisi Türkiyə ilə qarşılaşacaq

02 Mart 2021, 15:58 (GMT +4)
Lavrov Rusiyanın ABŞ-ın sanksiyalarına cavab verəcəyini vəd edib

02 Mart 2021, 15:53 (GMT +4)
Mikayıl Cabbarov: Biznes pandemiyadan sonrakı bərpa dövrünə daxil olur

02 Mart 2021, 15:44 (GMT +4)
“YAŞAT” daha bir şəhidin yeni doğulan övladına hesab açıb (FOTO)

02 Mart 2021, 15:31 (GMT +4)
İndoneziyada Sinabunq vulkanı yenidən aktivləşib

02 Mart 2021, 15:28 (GMT +4)
Kürdəmirdə “Dadım” dönər evində yoxlama keçirilib

02 Mart 2021, 15:27 (GMT +4)
İran “danışıq pəncərəsi”nin bağlana biləcəyi haqda ABŞ-a xəbərdarlıq edib

02 Mart 2021, 15:23 (GMT +4)
Azərbaycanda indiyədək vaksinasiyadan keçənlərin sayı açıqlanıb

02 Mart 2021, 15:04 (GMT +4)
Qanunsuz ağac kəsən şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərilib

02 Mart 2021, 14:50 (GMT +4)
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlanıb

02 Mart 2021, 14:43 (GMT +4)
Lukaşenko Soçidə Putinlə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66