Azərbaycan ötən il 470 min ton metanol ixrac edib18 Yanvar 2021, 16:20 (GMT +4) Bakı, 18 yanvar, SalamNews. 2020-ci ildə Azərbaycan 51,186 milyon dollar məbləğində metanol ixrac edib.
SalamNews bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabat dövründə 471 233 ton metanol (metil spirti) ixrac edilib.
Hesabata əsasən, 2020-ci ildə metanol ixracının Azərbaycanın ümumi ixracında payı 0,37 faiz, qeyri-neft ixracında payı isə 2,76 faiz təşkil edib.
Qeyd edək ki, Azərbaycanda metanolun istehsalı ilə "SOCAR Methanol" zavodu məşğul olur.
|