Mobil versiya RU AZ
_




DÜNYA » DİN

Bu gün Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günüdür

17 Yanvar 2021, 08:50 (GMT +4)

Bakı, 17 yanvar, SalamNews. Bu gün İslam Peyğəmbərinin (s) qızı, İmam Əlinin (ə) həyat yoldaşı, İmam Həsən (ə) və İmam Hüseynin (ə) anası Xanım Fatimənin (s.ə) şəhadət günüdür.

SalamNews xəbər verir ki, Həzrət Məhəmməd ibni Abdullahın (s) Allah tərəfindən peyğəmbərliyə seçilməsindən beş il sonra Həzrəti Fatimə (s.ə) dünyaya göz açıb.

Qeyd etdiyimiz kimi, xanım Fatimə (s.ə) Peyğəmbərdən (s) sonra yaşayan yeganə övladdır. Belə ki, Həzrət Məhəmməd peyğəmbərin (s) iki xanımdan yeddi övladının olmasına baxmayaraq, Həzrəti Fatimə (s.ə) istisna olmaqla, onların hamısı Peyğəmbərdən (s) əvvəl vəfat ediblər. Beləliklə, Peyğəmbərin (s) nəsli Həzrət Fatimənin (s.ə) övladları ilə davam edib.

Qurani-kərimin bir çox ayələrində, xüsusilə "Əhzab" surəsinin 33-cü ayəsində Peyğəmbər (s) ailəsinin və nəslinin kimlərdən ibarət olduğu qeyd edilir. Bu məsələyə Peyğəmbərdən (s) nəql edilən hədislərdə daha çox yer verilib.

Xanım Fatimənin (s.ə) uşaqlıq illəri atasının müşriklərlə mübarizəsinin şiddətli vaxtına təsadüf edir. Bu vaxt Həzrət peyğəmbər (s) həyat yoldaşı Həzrət Xədicəni (s.ə) itirir, Fatimeyi-Zəhranın (s.ə) öhdəsinə düşən məsuliyyət daha da artır. Həzrət Fatimə (s.ə) müşriklərin atasına verdikləri əzab-əziyyətləri görür və hiss edirdi. O, belə vaxtlarda daim atasının yanında olur. Məhz buna görə idi ki, Məhəmməd peyğəmbər (s) qızını “Atasının anası” deyə səsləyərdi.

İmamlar anası Fatimeyi-Zəhra 18 yaşında ikən, yəni Peyğəmbərin vəfatından cəmi 90 gün sonra Mədinə şəhərində şəhid edilir. Həyat yoldaşı Həzrət Əli (ə) müxəliflər məzarın yerini bilməsinlər deyə, onu gecə ikən dəfn edir. Məhz buna görə də Həzrət Fatimənin (s.ə) məzarının yeri naməlum olaraq qalır.

Fatimeyi Zəhranın (s.ə) şəhid edildiyi günlə bağlı iki fərqli tarixi versiya mövcuddur. Bu iki fakt onun şəhid edilmə günlərinin 20 gün fərqlə qeyd olunmağına əsas yaradır.

Bir çox müsəlman ölkələrində bu 20 günü “Fatimiyyə” günləri (Əyyami-Fatimiyyə) kimi qeyd edirlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

25 Fevral 2021, 18:00 (GMT +4)
“Azərkosmos” “View Satellite Network” şirkəti ilə əməkdaşlığa başlayıb

25 Fevral 2021, 17:50 (GMT +4)
Ermənistanda müxalifət lideri parlamentin yaxınlığında barrikadalar qurmağa çağırıb

25 Fevral 2021, 17:50 (GMT +4)
Gömrükçülər nəqliyyat vasitəsində dərman preparatları aşkarlayıb

25 Fevral 2021, 17:38 (GMT +4)
BirBank vasitəsilə ölkədə ilk dəfə Mastercard kartları ilə NFC ödənişlər etmək mümkün oldu

25 Fevral 2021, 17:28 (GMT +4)
Ermənistan SQ Baş Qərargahı yenidən bəyanat yayıb

25 Fevral 2021, 17:18 (GMT +4)
"Bakcell" onlayn iş və təhsil üçün nəzərdə tutulmuş xüsusi internet paketini istifadəyə verib

25 Fevral 2021, 17:11 (GMT +4)
Almaniya hərbi qüvvələrinin Əfqanıstanda qalma müddətini artırıb

25 Fevral 2021, 17:08 (GMT +4)
Azərbaycanda son sutkada 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb

25 Fevral 2021, 16:54 (GMT +4)
Paşinyan İrəvandakı çıxışı zamanı hərbçilərə müraciət edib

25 Fevral 2021, 16:51 (GMT +4)
Prezident: Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı

25 Fevral 2021, 16:27 (GMT +4)
Azərbaycan Prezidenti: “Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb”

25 Fevral 2021, 16:23 (GMT +4)
Rusiya və Ermənistan XİN rəhbərləri arasında telefon danışığı baş tutub

25 Fevral 2021, 16:11 (GMT +4)
Azərbaycanda daha 4 dövlət əmlakı özəlləşdirilib

25 Fevral 2021, 15:58 (GMT +4)
Türkiyə Ermənistandakı çevriliş cəhdini qətiyyətlə pisləyir - Çavuşoğlu

25 Fevral 2021, 15:54 (GMT +4)
Cəbrayılda daha bir mülki şəxs minaya düşüb

25 Fevral 2021, 15:43 (GMT +4)
Rusiyada son sutkada 440-dan çox insan koronavirusdan ölüb

25 Fevral 2021, 15:38 (GMT +4)
ETSN: Azərbaycanda dağlıq ərazilərdə martın əvvəlində qarölçmə işlərinə başlanılacaq

25 Fevral 2021, 15:22 (GMT +4)
Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə edib

25 Fevral 2021, 15:16 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 60 minə yaxınlaşır

25 Fevral 2021, 15:10 (GMT +4)
Peskov: Kreml Ermənistandakı vəziyyətin gedişatını həyəcanla izləyir

25 Fevral 2021, 15:03 (GMT +4)
Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktoru Bakıya gəlib 

25 Fevral 2021, 15:00 (GMT +4)
Güləşçilərimiz Kiyev turnirində mübarizəyə başlayır

25 Fevral 2021, 14:52 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

25 Fevral 2021, 14:41 (GMT +4)
Paşinyan Respublika Meydanında tərəfdarlarının qarşısına çıxıb

25 Fevral 2021, 14:38 (GMT +4)
Azərbaycan tərəfi Lüksemburq XİN başçısına cavab verib

25 Fevral 2021, 14:21 (GMT +4)
Bakıda şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib

25 Fevral 2021, 14:15 (GMT +4)
Co Bayden COVID-19 ilə əlaqədar ABŞ-da fövqəladə rejimin müddətini uzadıb

25 Fevral 2021, 14:08 (GMT +4)
Dövlət Xidməti: Çörəyin pərakəndə satış qiymətində heç bir artım yoxdur

25 Fevral 2021, 13:54 (GMT +4)
Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib (FOTO)

25 Fevral 2021, 13:45 (GMT +4)
KİV: Ermənistan tərəfindən Qarabağda yerləşdirilmiş minaların ümumi dəyəri 340 milyon dollara çata bilər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66