Braziliyada koronavirusun yeni növünə ikinci dəfə yoluxma qeydə alınıb16 Yanvar 2021, 16:45 (GMT +4) Bakı, 16 yanvar, SalamNews. Braziliyanın Amazonas ştatının rəhbərliyi bu bölgəyə xas yeni növ COVID-19-a ikinci dəfə yoluxma qeydə alıb.
SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
"Qadının yoluxması ilk dəfə 24 mart 2020-ci ildə təsbit edilib, 30 dekabr 2020-ci ildə PCR testində COVID-19-dan ikinci dəfə müsbət diaqnozu qoyulub. Testlər "SARS" virusu variantına uyğun olan yeni növə yoluxmanı təsbit edib", məlumatda deyilir.
|