ABŞ-ın səhiyyə naziri Vaşinqtondakı iğtişaşlar səbəbilə istefa verib16 Yanvar 2021, 16:27 (GMT +4) Bakı, 16 yanvar, SalamNews. ABŞ-ın səhiyyə və sosial xidmətlər naziri Aleks Azar 6 yanvarda Vaşinqtonda baş vermiş iğtişaşlar səbəbilə istefa verib. SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü CNN telekanalı məlumat yayıb.
Telekanalın canlı yayımında çıxış edən jurnalistin sözlərinə görə, Azar iğtişaşları ABŞ-ın “demokratik sisteminə hücum” adlandırıb. O, qeyd edib ki, baş verənlər ABŞ prezidenti Donald Trampın administrasiyasının “əldə etdiyi nailiyyətlərə kölgə salır”.
|