COVID-19-un "İngiltərə" növü ABŞ-da üstünlük təşkil edə bilər16 Yanvar 2021, 15:52 (GMT +4) Bakı, 16 yanvar, SalamNews. Amerikalı mütəxəssislər hesab edir ki, bu ilin mart ayında İngiltərədə aşkar edilmiş koronavirus növü ABŞ-da ən çox yayılmış növ olacaq.
SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Federal Mərkəzinin (CDC) yayımladığı hesabatda deyilir.
Son hesablamalarına görə, Amerikanın 15 ştatında 88 nəfər koronavirusun bu növünə yoluxub.
Mütəxəssislər fikrincə, bu növün digərlərindən daha sürətli yayıldığına dair dəlillər var.
|