ABŞ İraq və Əfqanıstandakı əsgərlərinin sayını 2500-ə endirib16 Yanvar 2021, 14:01 (GMT +4) Bakı, 16 yanvar, SalamNews, B,Samıd. Pentaqon İraq və Əfqanıstanın hər birində olan hərbçilərinin sayını 2500-ə endirdiyini bildirib.
SalamNews BBC-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə nazirinin müavini Kristofer Miller bəyanat verib.
O bildirib ki, ABŞ prezidenti Donald Trampın İraq və Əfqanıstandakı qüvvələrin azaldılması ilə bağlı qərarının icrası həyata keçirilib və bu iki ölkədə qüvvələr artıq 2500-dən azdır.
O bildirib ki, Əfqanıstanla bağlı bu rəqəm müqayisə edilsə, 2001-ci ildən də azdır.
K.Miller açıqlayıb ki, ABŞ Əfqanıstandaxili danışqıları dəstəkləyir.
Qeyd edək ki, Taliban hərəkatı ABŞ-ın bu bəyanatını alqışlayıb.
|