Rusiyada son sutkada 24 092 nəfərdə koronavirusa yoluxma aşkarlanıb16 Yanvar 2021, 13:07 (GMT +4) Bakı, 16 yanvar, SalamNews. Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 24.092 nəfər artıb.
SalamNews TASS-a istinadən xəbər verir ki, yoluxanların ümumi sayı 3.544.623-ə çatıb.
Qərargahın verdiyi məlumata görə, yeni yoluxmalarda artım 0,7 faizi keçmir.
Son sutkada ən aşağı artım tempi Tıva Respublikasında (%0,2), Yamalo-Nenets Muxtar Dairəsində, Yəhudi Muxtar Dairəsində (%0,3), Maqadan vilayətində, Kemerovo vilayətində, Çukotka Muxtar Dairəsində və İnquşetiyada (%0,4) qeydə alınıb.
Xüsusilə, son sutkada Sankt-Peterburqda 3,253, Moskva bölgəsində 1406, Nijni Novgorod bölgəsində 485, Sverdlovsk vilayətində 397, Rostov vilayətində 393 koronavirusa yoluxma qeydə alınıb.
Hazırda Rusiyada 542.547 nəfərin müalicəsi davam edir.
|