Gürcüstanda 1236 yeni koronavirusa yoluxma aşkar edilib16 Yanvar 2021, 12:33 (GMT +4) Bakı, 16 yanvar, SalamNews. Gürcüstanda son sutkada daha 1236 nəfər koronavirusa yoluxub, 2189 nəfər sağalıb, 23 xəstə ölüb.
SalamNews -un verdiyi xəbərə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat verilib.
İndiyə qədər qonşu ölkədə 247.025 nəfər COVID-19-a yoluxub, onlardan 231.385-i sağalıb, 2.916-sı ölüb.
Hal-hazırda 12.698 aktiv koronavirus xəstəsi müalicə alır.
|