Azərbaycan buğda idxalını 14 % azaldıb16 Yanvar 2021, 16:30 (GMT +4) Bakı, 16 yanvar, SalamNews. Ötən il Azərbaycan 296,9 mln ABŞ dolları dəyərində 1 mln 365,1 min ton buğda idxal edib.
SalamNews Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə müvafiq olaraq 43,6 milyon ABŞ dolları (12,8 %) və 219,9 min ton ( 13,9 %) azdır.
Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,77 %-ni təşkil edib.
|