Bakı, 15 yanvar, SalamNews. "Pfizer" gələn həftədən etibarən Norveç və Avropanın qalan bölgələrinə koronavirus peyvəndinin tədarükünü müvəqqəti olaraq azaldır.
SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Norveç Səhiyyə İnstitutu açıqlayıb.
"Peyvənd istehsalçısı "Pfizer", gələn həftədən etibarən Norveç və Avropaya peyvənd tədarükünü azaldır", açıqlamada deyilir.
Norveç üçün bu, ilin üçüncü həftəsində 7.8 min dozun çatışmazlığı deməkdir.
Qeyd edilir ki, tədarükün azalması istehsal müəssisələrinin modernləşdirilməsi ilə əlaqədardır.