Rusiya Açıq Səma Müqaviləsindən çıxır15 Yanvar 2021, 16:52 (GMT +4) Bakı, 15 yanvar, SalamNews. Rusiya ölkənin Açıq Səma Müqaviləsindən çıxması üçün daxili prosedurlara başlayır.
SalamNews -un məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Müqavilənin yeni şərtlər altında işləməsinə mane olan ünsürlərdin aradan qaldırılmasında irəliləyiş olmadığından, Rusiya Xarici İşlər Nazirliyi ölkənin müqavilədən çıxması üçün daxili prosedurların başlandığını elan etmək səlahiyyətinə malikdir.
Prosedur tamamlandıqdan sonra depozitarlara bildiriş göndəriləcək", Rusiya Xarici İşlər Nazirliyinin veb saytındakı açıqlamada deyilir.
|