Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb15 Yanvar 2021, 16:30 (GMT +4) Bakı, 15 yanvar, SalamNews. Azərbaycanda yanvarın 15-i saat 16:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə SalamNews-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, cənub-qərb küləyi Yardımlıda arabir 30-32 m/s, Tərtərdə 28 m/s, Gəncədə 24 m/s, Bərdə, Neftçala, Naftalanda 20 m/s, Ağstafa, Lerik, Tovuzda 18 m/s, Göytəpə, Xaltanda 17 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda arabir 18 m/s-dək güclənib.
|