Səudiyyə Ərəbistanı koalisiyası Yəməndən ölkənin cənubuna daxil olan üç PUA-nı vurduğunu bildirib15 Yanvar 2021, 15:53 (GMT +4) Bakı, 15 yanvar, SalamNews, B,Samıd. Səudiyyə Ərəbistanın hərbi mənbələri husilərin tərəfindən göndərilən üç PUA-nı vurduqlarını bildiriblər.
SalamNews əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın hərbi koalisiyası bəyanat verib.
Bildirilib ki, Yəməndən Səudiyyə Ərəbistanın cənubuna uçan üç PUA havadan müdafiə sistemləri tərəfindən vurulub.
Qeyd edək ki, ötən sutkada Səudiyyə Ərəbistanı koalisiyası Yəmənin 5 əyalətinə, o cümlədən paytaxt Sənanın hava limanına 25 dəfə hava zərbəsi endirmişdi.
Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.
|