Gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq15 Yanvar 2021, 15:45 (GMT +4) Bakı, 15 yanvar, SalamNews. “Azərbaycanda son qapanmadan sonra müsbət nəticələr özünü göstərir. Müharibə dövründə koronavirusa yoluxmaların sayında artım müşahidə edilirdi”.
SalamNews-un xəbərinə görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.
O qeyd edib ki, Azərbaycan artıq koronavirus pandemiyası ilə mübarizədə növbəti mərhələyə qədəm qoyur. Belə ki, gələn həftə ölkəmizdə vaksinasiyaya başlanılacaq.
İ. Məmmədov Azərbaycanın da Türkiyə kimi Çin istehsalı peyvənd aldığını bir daha xatırladıb: “Azərbaycan Türkiyə ilə eyni vaksinləri alır. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi”.
|