Bakıda gücləndirilmiş dezinfeksiya işləri həyata keçiriləcək15 Yanvar 2021, 16:00 (GMT +4) Bakı, 15 yanvar, SalamNews. Sabah, yanvar ayının 16-sı səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrindəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
"Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur".
|