Mehriban Əliyeva Yuxarı Gövhər Ağa məscidinə “Qurani-Kərim” aparıb15 Yanvar 2021, 12:25 (GMT +4) Bakı, 15 yanvar, SalamNews. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri zamanı Yuxarı Gövhər Ağa məscidində olub.
SalamNews xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva kəlağayıya bükdüyü “Qurani-Kərim”i məsciddə Prezident İlham Əliyevə təqdim edib. Dövlət başçısı müqəddəs kitabı öpərək onu məsciddə xüsusi yaradılmış guşəyə qoyub.
Daha sonra dualar edilib.
|