Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ƏƏSMN tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edilib (FOTO)

15 Yanvar 2021, 10:52 (GMT +4)

Bakı, 15 yanvar, SalamNews. Vətən müharibəsində yaralanan daha bir qazimizin - Məmməd Əkbərovun ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial tərəfdaşın dəstəyi ilə mənzillə təmin edilib.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, ailə üçün Bakının Xətai rayonunda çoxmərtəbəli yeni yaşayış kompleksindən ikiotaqlı mənzil alınıb və müvafiq sənədləşdirmə, ailənin yeni evinə köçməsi üçün bütün prosedurlar başa çatdırılıb.

Bu gün Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Məmməd Əkbərovun ailəsinə yeni mənzilin açarlarını təqdim edib. Ailə artıq yeni evinə köçə bilər.

V.Behbudov qazimizi və ailəsini bu münasibətlə təbrik edib. O, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı geniş miqyaslı sosial dəstək işlərinin aparıldığını bildirib. Məmmədin və qardaşının məşğulluğuna dəstək üçün istəkləri əsasında onların ödənişli ictimai işlərə cəlb olunduğunu da qeyd edib.

Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılaraq Cəbrayıl və Qubadlının azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına döyüşən M.Əkbərov döyüşlərin birində xəsarət almasına baxmayaraq, yenidən döyüşlərə davam edib. Oktyabrın 21-də Qubadlı uğrunda döyüşdə növbəti dəfə yaralanıb. Müalicəsini evdə davam edən Məmməd əlilliyə görə təqaüd alan atası, orta məktəbdə çalışan anası, qardaşı və məktəbli bacısı ilə birgə yaşayır.

Xatırladaq ki, ötən ay V.Behbudov və Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli ailə ilə görüşmüşdü. Ailənin məişət durumu, ailə tərkibi nəzərə alınaraq Nazirlik tərəfindən sosial tərəfdaşın dəstəyi ilə onların mənzillə təmin edilməsi qərara alınmışdı.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

02 Mart 2021, 17:32 (GMT +4)
“Caspian Energy Club” növbəti “Online Round Table” təşkil edib

02 Mart 2021, 17:29 (GMT +4)
İngiltərə Premyer Liqasında koronavirusa 2 yeni yoluxma baş verib

02 Mart 2021, 17:26 (GMT +4)
"Formula 1" üzrə Azərbaycan Qran-prisi tamaşaçısız keçiriləcək

02 Mart 2021, 17:24 (GMT +4)
AB Rusiyanın "yüksək vəzifəli şəxslərinə" qarşı sanksiyalar tətbiq edib

02 Mart 2021, 17:15 (GMT +4)
Azərbaycanda Ramazan ayının nə vaxt başlayacağı açıqlanıb

02 Mart 2021, 17:10 (GMT +4)
Bakıda ödəmə terminalından 3500 manat oğurlanıb

02 Mart 2021, 17:03 (GMT +4)
Futzal millimizin üzvü: Moldova ilə oyunun favoritiyik - (MÜSAHİBƏ)

02 Mart 2021, 16:56 (GMT +4)
Sarkisyan Konstitusiya Məhkəməsinə müraciət edib

02 Mart 2021, 16:52 (GMT +4)
Şamaxı sakinində silah aşkarlanıb

02 Mart 2021, 16:44 (GMT +4)
ABŞ prezidenti Co Bayden Mixail Qorbaçovu təbrik edib

02 Mart 2021, 16:32 (GMT +4)
FHN: Ötən sutka ərzində 8 nəfər xilas edilib

02 Mart 2021, 16:28 (GMT +4)
Ermənistan Baş Qərargah rəisi prezidentin razılığı olmadan vəzifəsindən azad ediləcək

02 Mart 2021, 16:23 (GMT +4)
Dövlət Xidməti hərbi vəzifəlilərə zənglər edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

02 Mart 2021, 16:12 (GMT +4)
“Azərişıq” qəzaları dronlar vasitəsilə aşkar edəcək

02 Mart 2021, 16:00 (GMT +4)
Futbol üzrə Azərbaycan millisi Türkiyə ilə qarşılaşacaq

02 Mart 2021, 15:58 (GMT +4)
Lavrov Rusiyanın ABŞ-ın sanksiyalarına cavab verəcəyini vəd edib

02 Mart 2021, 15:53 (GMT +4)
Mikayıl Cabbarov: Biznes pandemiyadan sonrakı bərpa dövrünə daxil olur

02 Mart 2021, 15:44 (GMT +4)
“YAŞAT” daha bir şəhidin yeni doğulan övladına hesab açıb (FOTO)

02 Mart 2021, 15:31 (GMT +4)
İndoneziyada Sinabunq vulkanı yenidən aktivləşib

02 Mart 2021, 15:28 (GMT +4)
Kürdəmirdə “Dadım” dönər evində yoxlama keçirilib

02 Mart 2021, 15:27 (GMT +4)
İran “danışıq pəncərəsi”nin bağlana biləcəyi haqda ABŞ-a xəbərdarlıq edib

02 Mart 2021, 15:23 (GMT +4)
Azərbaycanda indiyədək vaksinasiyadan keçənlərin sayı açıqlanıb

02 Mart 2021, 15:04 (GMT +4)
Qanunsuz ağac kəsən şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərilib

02 Mart 2021, 14:50 (GMT +4)
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlanıb

02 Mart 2021, 14:43 (GMT +4)
Lukaşenko Soçidə Putinlə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb

02 Mart 2021, 14:37 (GMT +4)
Təhsil Nazirliyi məktəblərdə pul yığılması ilə bağlı ictimaiyyətə müraciət edib

02 Mart 2021, 14:27 (GMT +4)
Azərbaycanda daha 352 nəfər COVID-19-a yoluxub, 143 nəfər sağalıb

02 Mart 2021, 14:17 (GMT +4)
Tramp və xanımı yanvar ayında koronavirusa qarşı peyvəndlənib

02 Mart 2021, 14:05 (GMT +4)
Bakıda ilk bio-smart avtobus dayanacağı quraşdırılıb 

02 Mart 2021, 13:51 (GMT +4)
Rusiyada son sutkada 10,565 nəfər koronavirusa yoluxub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66