Qarabağdakı Rusiya sülhməramlıların koronavirusa qarşı peyvəndlənməsi başlayıb15 Yanvar 2021, 10:20 (GMT +4) Bakı, 15 yanvar, SalamNews. Hərbi həkimlər Qarabağdakı rus sülhməramlılarını koronavirusa qarşı peyvəndləməyə başlayıb.
SalamNews xəbər verir ki, bu barədə TASS-a Rusiya Müdafiə Nazirliyi məlumat verib.
"Rusiya sülhməramlı kontingentinin hərbi tibb işçiləri Qarabağdakı sülhməramlılara peyvənd vurmağa başlayıb. Bir gün əvvəl təxminən 2000 doz "Sputnik-V" peyvəndi xüsusi istilik konteynerlərində xüsusi təyinatlı tibbi hissələrə çatdırılıb", məlumatda deyilir.
|