Ərdoğana koronavirusa qarşı peyvənd vurulub15 Yanvar 2021, 09:42 (GMT +4) Bakı, 15 yanvar, SalamNews. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ankara şəhər xəstəxanasında koronavirus peyvəndi vurulub.
SalamNews "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ərdoğan bununla bağlı rəsmi "Telegram" kanalında yazıb:
"Mən də peyvənd vurdurdum", Ərdoğan yazıb.
Məlumata əsasən, Türkiyə prezidentinə Çin istehsalçısı "Sinovac"ın "CoronaVac" peyvəndi verilib.
Türkiyədə əhalinin koronavirusa qarşı kütləvi peyvəndlənməsinin ilk mərhələsi başlayıb.
|