Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

SOCAR Amerika Neft İnstitutunun standartlarını tətbiq edəcək

14 Yanvar 2021, 15:39 (GMT +4)

Bakı, 14 yanvar, SalamNews. SOCAR və Amerika Neft İnstitunun (API) rəhbərliyi arasında online video-görüş keçirilib, sənaye proseslərinin təhlükəsizliyi və keyfiyyəti üzrə əməkdaşlıq barədə Memorandum imzalanıb.

SOCAR-dan SalamNews-a verilən məlumata görə, tədbir iştirakçılarını salamlayan SOCAR-ın prezidenti Rövnəq Abdullayev 20-ci əsrin əvvəlində Azərbaycanın neft sənayesinin elmi-texniki nailiyyətləri, tarixi ilkləri haqqında məlumat verib, bildirib ki, SOCAR-ın yeni inkişaf strategiyası təkmilləşdirilmiş effektiv idarətmə sistemi və beynəlxalq standartların tətbiqini labüdləşdirir: "Bu baxımdan davamlı inkişafın və texnologiyanın sürətli dinamikasına API çevik şəkildə öz töhfələrini verməkdədir. Dünyanın ən qabaqcıl neft-qaz korporasiyaları tərəfindən tətbiq olunan API Spesifikasiya Q1/Q2 Keyfiyyət İdarəetmə standartlarının SOCAR-da tətbiqinə başlanılması buna bariz nümunə olacaq. İnanırıq ki, bu məqsədlə API-nin qabaqçıl sənaye standartlarının tələblərinə uyğunluq və bütün işlərimizi müvafiq standartlar çərçivəsində qurub müasir təcrübələrin tətbiqi, əməkdaşlarımızın həyat və sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi ilə yanaşı, şirkətin əməliyyat effektivliyinin artırılmasına da mühüm töhfə verəcək”.

Məlumata görə, API-nin prezidenti Mayk Sommers API haqqında təqdimatla çıxış edib. O bildirib ki, 2019-cu ildə 100 yaşını qeyd etmiş API hazırda dünyanın əksər ölkələrində tətbiq olunan 700-dən artıq standarta sahibdir. API-nin fəaliyyətinin əhatə dairəsinə təlimlər və sertifikatlaşdırma da daxildir. Belə bir memorandumun imzalanması isə nəinki Azərbaycanda, ümumiyyətlə regionda ilk dəfə baş verir.

Sonra tərəflər arasında memorandum imzalanıb. Memoranduma əsasən SOCAR-ın struktur vahidləri API standartlarına əsasən sertifikatlaşdırılacaq, emal, hasilat və nəqletmə qurumlarının texniki, keyfiyyət və SƏTƏMM idarəetmə sistemləri qabaqcıl təcrübədə olduğu kimi API standartlarına uyğunlaşdırılacaq.

Xatırladaq ki, API 1919-cu ildə ABŞ-ın Nyu York şəhərində vəkillik, sənaye statistikasının aparılması, standartlaşdırma və vergi xidməti sahəsində fəaliyyət göstərən şirkət kimi qurulmuşdur. 1924-cü ildə Birinci dünya müharibəsindən sonra şirkət, qazma sənayesində geriləməni aradan qaldırmaq məqsədi ilə ilk sənaye standartının tətbiqinə start vermişdir. API standartları bu gün dünyanın aparıcı şirkətlərində tətbiq olunur və şirkətlər arasında əməkdaşlığın əsasını təşkil edir. SOCAR-ın API standartlarına uyğunlaşması son dövrdə aparılan islahatların zəruri tərkib hissəsidir. Bu, SOCAR-ın aparıcı beynəlxalq enerji şirkətləri sırasında yer tutmaq və rəqabət qabiliyyətini artırmaq üçün zəruri şərtlərdən biridir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

03 Avqust 2021, 02:19 (GMT +4)
Tokio-2020: Bu gün 4 idmançımız çıxış edəcək

03 Avqust 2021, 01:55 (GMT +4)
Tokio-2020: Medal sıralamasında lider dəyişməyib

03 Avqust 2021, 01:20 (GMT +4)
Tokio-2020: Futbolda Kanada - İsveç finalı olacaq

03 Avqust 2021, 00:48 (GMT +4)
"Chessable Masters": Şəhriyar Məmmədyarov Levon Aronyanla heç-heçə edib

03 Avqust 2021, 00:30 (GMT +4)
Tokio-2020: Kubalı güləşçi tarixə düşüb

02 Avqust 2021, 23:15 (GMT +4)
HİK çox yaxşı komanda oyunu sərgiləyir - Samir Abasov 

02 Avqust 2021, 18:02 (GMT +4)
Ceyhun Bayramov BMT-nin Azərbaycandakı nümayəndəsilə görüşüb

02 Avqust 2021, 17:53 (GMT +4)
İspaniya meşə yanğınları ilə mübarizə üçün Türkiyəyə təyyarə göndərəcək

02 Avqust 2021, 17:51 (GMT +4)
Deputat Eldəniz Səlimov YAP-dan çıxarılıb

02 Avqust 2021, 17:46 (GMT +4)
İranın yeni prezidentinin andiçmə mərasiminə 10 dövlət başçısı qatılacaq

02 Avqust 2021, 17:42 (GMT +4)
Sumqayıt sakini Biləsuvarda "patı" və heroinlə tutulub

02 Avqust 2021, 17:34 (GMT +4)
DİN deputat Eldəniz Səlimovla bağlı münasibətini açıqlayıb

02 Avqust 2021, 17:26 (GMT +4)
Ermənistanda yeni müdafiə naziri təyin olunub

02 Avqust 2021, 17:18 (GMT +4)
Baş nazir azad edilən ərazilərdə aşkarlanan kütləvi və fərdi məzar yerləri ilə bağlı göstəriş verib

02 Avqust 2021, 17:08 (GMT +4)
ABŞ İraqın Bəsrə şəhərindəki konsulluğunu bağlayıb

02 Avqust 2021, 17:05 (GMT +4)
Altı ayda dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların sayı açıqlanıb

02 Avqust 2021, 16:50 (GMT +4)
FHN: Yardımlıda meşədə yanğın başlayıb

02 Avqust 2021, 16:43 (GMT +4)
Çində sel qurbanlarının sayı 300-ü keçib

02 Avqust 2021, 16:39 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

02 Avqust 2021, 16:29 (GMT +4)
Konfrans Liqası: “Qarabağ”ın da potensial rəqibi bəlli olub

02 Avqust 2021, 16:25 (GMT +4)
İranın Britaniyadakı səfiri Londonda XİN-ə çağırılıb

02 Avqust 2021, 16:23 (GMT +4)
Almaniyada yaşı 100-dən yuxarı olan konslager gözətçisinin məhkəməsi keçiriləcək 

02 Avqust 2021, 16:18 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

02 Avqust 2021, 16:11 (GMT +4)
Tokio-2020: Türkiyə üçüncü bürünc medalını qazanıb

02 Avqust 2021, 16:10 (GMT +4)
DİN: Bərdədə azyaşlı qızı zorlamaqda şübhəl bilinən şəxs həbs edilib

02 Avqust 2021, 16:06 (GMT +4)
"Qarabağ" AEL-lə oyuna hazırlaşır - (FOTOLAR)

02 Avqust 2021, 16:00 (GMT +4)
Tokio-2020: Güləşçimiz Elis Monolova medal şansını saxlayıb

02 Avqust 2021, 15:57 (GMT +4)
"AzerGold"un 2035-ci ilədək dağ-mədən sənayesindən ölkə ÜDM-nə 22 mlrd. manat töhfə verəcəyi proqnozlaşdırılır

02 Avqust 2021, 15:47 (GMT +4)
Cüdo yığmamızın məşqçilər heyəti istefaya göndərilib

02 Avqust 2021, 15:45 (GMT +4)
Türkiyədə 7 meşə yanğınının söndürülməsi üzərində işlər davam edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66