Azərbaycanın ötənilki dövlət büdcəsində 2 milyard manata yaxın kəsir olub13 Yanvar 2021, 12:22 (GMT +4) Bakı, 13 yanvar, SalamNews. 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 673,1 milyon manat, xərcləri isə 26 417,1 milyon manat təşkil edib.
SalamNews Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə müvafiq olaraq 1,9% və 8,2% çoxdur.
Son nəticəsə büdcədə 1 744 milyon manat kəsir yaranıb. Halbuki, ötən ilin yanvar-noyabr aylarının yekununda büdcədə 78,4 milyon manat qalıq var idi.
|