Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

"AzerGold"un kollektivi ordu sıralarından tərxis olunmuş əməkdaşlarıyla görüşüb

08 Yanvar 2021, 16:55 (GMT +4)

Bakı, 8 yanvar, SalamNews. “AzerGold” QSC-nin kollektivi ordu sıralarından tərxis olunmuş həmkarları ilə görüşüb, Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əməkdaşlarından biri olan baş leytenant Muxtar Qasımlının məzarını ziyarət ediblər. Füzuli rayonun azad edilməsi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanımızın xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Həmçinin, Çovdar Filiz Emalı Sahəsinin əməkdaşları Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilən Cəmiyyətin digər əməkdaşı baş leytenant Rauf Əsgərovun məzarını ziyarət edərək xatirəsini anıblar.

İdarə Heyətinin sədri Zakir İbrahimov görüşdə hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan tarixi qələbənin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, müzəffər Ali Baş Komandanın hərbi və siyasi müstəvidə atdığı qətiyyətli addımlar, xalqımızın həmrəyliyi və ordumuzun hünəri sayəsində Azərbaycan düşmən üzərində tarixi zəfərə imza atıb.

İdarə heyətinin sədri xatırladıb ki, şəhid olmuş igid oğullarımızın sırasında “AzerGold”un qəhrəman əməkdaşları Muxtar Qasımlı və Rauf Əsgərov da var. Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər ikisi “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları, Rauf Əsgərov həmçinin “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib”.

Zakir İbrahimov bildirib ki, “AzerGold” QSC-nin əməkdaşları kapitan Ruslan Muradov Xocavənd, Qubadlı və Şuşa istiqamətlərində, baş leytenant Tələt Tağıyev Gədəbəyin müdafiəsində, əsgərlər Sərxan Abbasov, Şahin Ağacanov, Elmir Verdiyev, Sehran Əliyev Xocavənd, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edərək nümunəvi xidmətləri ilə fərqləniblər. Sədr mənfur düşmənə qarşı igidliklə vuruşan əməkdaşlar, eləcə də bu mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərlə qürur duyduğunu vurğulayıb.

Daha sonra Cəmiyyətin döyüşlərdə iştirak etmiş əməkdaşları öz təəssüratlarını bölüşüb, keçdikləri döyüş yolundan bəhs ediblər. Bildirilib ki, Azərbaycan ordusunun əzmkarlığı, ordumuzun ən müasir hərbi texnika ilə təmin olunması və şəxsi heyətin yüksək döyüş hazırlığı düşmənin məğlub edilməsinə öz layiqli töhfəsini verib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

03 Avqust 2021, 10:40 (GMT +4)
Füzulidə Azərbaycan sərhədini pozan Rusiya vətəndaşı saxlanılıb

03 Avqust 2021, 10:31 (GMT +4)
KİV: Rabitə kanallarını bərpa etməyi Şimali Koreya Cənubi Koreyaya təklif edib

03 Avqust 2021, 10:30 (GMT +4)
Rəsmi Moskva İsrail gəmisinin İran tərəfindən vurulması ilə bağlı iddialara münasibət bildirib

03 Avqust 2021, 10:23 (GMT +4)
Türkiyə DİN PKK-nın meşə yanğınları ilə əlaqəsinin olduğuna dair xəbərlərə münasibət bildirib

03 Avqust 2021, 10:20 (GMT +4)
Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadılıb

03 Avqust 2021, 10:10 (GMT +4)
Tovuzda yeni avtomobil tuneli inşa edilir

03 Avqust 2021, 10:06 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanı koalisiyasının PUA-sını vurublar (VİDEO)

03 Avqust 2021, 10:00 (GMT +4)
Bakıda gecə klubunun icarədarı karantin qaydalarının pozulması ilə bağlı 4000 manat cərimələnib

03 Avqust 2021, 09:50 (GMT +4)
Mərakeşdə koronavirusla bağlı məhdudiyyətlər sərtləşdirilib

03 Avqust 2021, 09:50 (GMT +4)
İyulda 1400-dən çox şəxsə elektron qaydada pensiya təyin olunub

03 Avqust 2021, 09:42 (GMT +4)
Rəcəb Təyyib Ərdoğan Tunis prezidentini parlamentin buraxılması ilə bağlı qərarını dəyişməyə çağırıb

03 Avqust 2021, 09:40 (GMT +4)
Bu gün müəllim olmaq istəyən 3000-dən çox namizəd üçün təkrar imtahan keçirilir

03 Avqust 2021, 09:30 (GMT +4)
Toy qaydalarını pozduğuna görə daha 1 nəfər barədə cinayət işi açılıb, 89 nəfər cərimələnib

03 Avqust 2021, 09:26 (GMT +4)
İran Britaniya və Rumuniya səfirlərini Tehranda XİN-ə çağırıb

03 Avqust 2021, 09:20 (GMT +4)
Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib

03 Avqust 2021, 09:18 (GMT +4)
Türkiyədə hazırda 13 meşə yanğınının söndürülməsi üzrə işlər davam edir

03 Avqust 2021, 09:10 (GMT +4)
Kürdəxanıda ağır yol qəzasında altı nəfər yaralanıb

03 Avqust 2021, 09:00 (GMT +4)
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçiriləcək

03 Avqust 2021, 07:53 (GMT +4)
Azərbaycan Milli Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti İrana gedir

03 Avqust 2021, 02:19 (GMT +4)
Tokio-2020: Bu gün 4 idmançımız çıxış edəcək

03 Avqust 2021, 01:55 (GMT +4)
Tokio-2020: Medal sıralamasında lider dəyişməyib

03 Avqust 2021, 01:20 (GMT +4)
Tokio-2020: Futbolda Kanada - İsveç finalı olacaq

03 Avqust 2021, 00:48 (GMT +4)
"Chessable Masters": Şəhriyar Məmmədyarov Levon Aronyanla heç-heçə edib

03 Avqust 2021, 00:30 (GMT +4)
Tokio-2020: Kubalı güləşçi tarixə düşüb

02 Avqust 2021, 23:15 (GMT +4)
HİK çox yaxşı komanda oyunu sərgiləyir - Samir Abasov 

02 Avqust 2021, 18:02 (GMT +4)
Ceyhun Bayramov BMT-nin Azərbaycandakı nümayəndəsilə görüşüb

02 Avqust 2021, 17:53 (GMT +4)
İspaniya meşə yanğınları ilə mübarizə üçün Türkiyəyə təyyarə göndərəcək

02 Avqust 2021, 17:51 (GMT +4)
Deputat Eldəniz Səlimov YAP-dan çıxarılıb

02 Avqust 2021, 17:46 (GMT +4)
İranın yeni prezidentinin andiçmə mərasiminə 10 dövlət başçısı qatılacaq

02 Avqust 2021, 17:42 (GMT +4)
Sumqayıt sakini Biləsuvarda "patı" və heroinlə tutulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66