Səudiyyədən sonra BƏƏ də Qətərlə sərhədləri açdığını elan edib08 Yanvar 2021, 16:28 (GMT +4) Bakı, 8 yanvar, SalamNews. B.Samid. Birləşmiş Ərəb Əmirlikləri üç il öncə Qətərlə sərhədləri bağlasa da sabahdan onu açacağını elan edib.
SalamNews Birləşmiş Ərəb Əmirlikləriinin dövlət xəbər agentliyi "VAM"a istinadla xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin rəsmi nüayəndəsi Xalid Abdulla deyib.
Bildirilib ki, Körfəz Əməkdaşlıq Şurasının Səudiyyə Ərəbistanında keçirilən 41-ci toplantısının yekun bəyanatını nəzərə alaraq, sabahdan Qətərlə olan su, quru və hava sərhədləri açılır.
Əlavə edilib ki, BƏƏ Qətərlə yerdə qalan məsələlərin həlli üçün müzakirələri davam etdirəcək.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir 2017-ci ildə Qətərlə əlaqələri “terroru dəstəklədiyinə” görə dayandırıb və bu ölkəni iqtisadi blokadaya salıblar. Həmin zaman Türkiyə Qətərə dəstək üçün Dohaya mindən çox hərbi qüvvə ezam etmişdi.
|