Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” yaradılıb

06 Yanvar 2021, 14:19 (GMT +4)

Bakı, 6 yanvar, SalamNews. Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin yaradılması haqqında fərman imzalayıb.

SalamNews-un məlumatına görə, fərmanda deyilir ki, ölkə konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qlobal iqtisadiyyatda cərəyan edən trendləri diktə edən, rəqabət qaydalarını dəyişən Dördüncü Sənaye İnqilabında ölkənin mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasının təmin edilməsi məqsədilə

1. “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirən publik hüquqi şəxsdir;

2.2. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək məqsədilə 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

2.3. Mərkəzin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir.

3. Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. ölkə prezidentinə:

3.1.1. Mərkəzin yenidən təşkili və ləğvi;

3.1.2. Mərkəzin idarəetmə orqanlarının yaradılması;

3.2. İqtisadiyyat Nazirliyinə:

3.2.1. Müşahidə Şurasının sədrinin və digər üzvlərinin, İcraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.2.2. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” qanunun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi, o cümlədən müvafiq beynəlxalq öhdəliklərdən irəli gələn xərclərinin ödənilməsi dövlət büdcəsinin vəsaiti, habelə fəaliyyətindən əldə edilən gəlir, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

5. Nazirlər Kabineti:

5.1. Mərkəzin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini iki ay müddətində həll etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. İqtisadiyyat Nazirliyi:

6.1. Mərkəzin nizamnaməsini, strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etsin;

6.2. Mərkəzin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada tədbirlər görsün


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

02 Mart 2021, 18:00 (GMT +4)
Neftçalada şəhid muzeyinin açılışı olub

02 Mart 2021, 17:51 (GMT +4)
Bakıda narkotacir saxlanılıb

02 Mart 2021, 17:46 (GMT +4)
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısı açıqlanıb

02 Mart 2021, 17:40 (GMT +4)
MN: Qarabağda xidmət edən hərbçilərin maaşına 100 faiz həcmində əlavə edilib

02 Mart 2021, 17:37 (GMT +4)
“Barselona”nın sabiq prezidenti müvəqqəti azadlığa buraxılıb

02 Mart 2021, 17:32 (GMT +4)
“Caspian Energy Club” növbəti “Online Round Table” təşkil edib

02 Mart 2021, 17:26 (GMT +4)
"Formula 1" üzrə Azərbaycan Qran-prisi tamaşaçısız keçiriləcək

02 Mart 2021, 17:24 (GMT +4)
AB Rusiyanın "yüksək vəzifəli şəxslərinə" qarşı sanksiyalar tətbiq edib

02 Mart 2021, 17:15 (GMT +4)
Azərbaycanda Ramazan ayının nə vaxt başlayacağı açıqlanıb

02 Mart 2021, 17:10 (GMT +4)
Bakıda ödəmə terminalından 3500 manat oğurlanıb

02 Mart 2021, 17:03 (GMT +4)
Futzal millimizin üzvü: Moldova ilə oyunun favoritiyik - (MÜSAHİBƏ)

02 Mart 2021, 16:56 (GMT +4)
Sarkisyan Konstitusiya Məhkəməsinə müraciət edib

02 Mart 2021, 16:52 (GMT +4)
Şamaxı sakinində silah aşkarlanıb

02 Mart 2021, 16:44 (GMT +4)
ABŞ prezidenti Co Bayden Mixail Qorbaçovu təbrik edib

02 Mart 2021, 16:42 (GMT +4)
Azərbaycan-Türkiyə arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

02 Mart 2021, 16:32 (GMT +4)
FHN: Ötən sutka ərzində 8 nəfər xilas edilib

02 Mart 2021, 16:28 (GMT +4)
Ermənistan Baş Qərargah rəisi prezidentin razılığı olmadan vəzifəsindən azad ediləcək

02 Mart 2021, 16:23 (GMT +4)
Dövlət Xidməti hərbi vəzifəlilərə zənglər edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

02 Mart 2021, 16:12 (GMT +4)
“Azərişıq” qəzaları dronlar vasitəsilə aşkar edəcək

02 Mart 2021, 16:00 (GMT +4)
Futbol üzrə Azərbaycan millisi Türkiyə ilə qarşılaşacaq

02 Mart 2021, 15:58 (GMT +4)
Lavrov Rusiyanın ABŞ-ın sanksiyalarına cavab verəcəyini vəd edib

02 Mart 2021, 15:53 (GMT +4)
Mikayıl Cabbarov: Biznes pandemiyadan sonrakı bərpa dövrünə daxil olur

02 Mart 2021, 15:44 (GMT +4)
“YAŞAT” daha bir şəhidin yeni doğulan övladına hesab açıb (FOTO)

02 Mart 2021, 15:31 (GMT +4)
İndoneziyada Sinabunq vulkanı yenidən aktivləşib

02 Mart 2021, 15:28 (GMT +4)
Kürdəmirdə “Dadım” dönər evində yoxlama keçirilib

02 Mart 2021, 15:27 (GMT +4)
İran “danışıq pəncərəsi”nin bağlana biləcəyi haqda ABŞ-a xəbərdarlıq edib

02 Mart 2021, 15:23 (GMT +4)
Azərbaycanda indiyədək vaksinasiyadan keçənlərin sayı açıqlanıb

02 Mart 2021, 15:04 (GMT +4)
Qanunsuz ağac kəsən şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərilib

02 Mart 2021, 14:50 (GMT +4)
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlanıb

02 Mart 2021, 14:43 (GMT +4)
Lukaşenko Soçidə Putinlə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66