Yəmən hava limanına edilən raket hücumunda ölənlərin sayı 10-a çatıb (VİDEO)
30 Dekabr 2020, 17:45 (GMT +4)
Bakı, 30 dekabr, SalamNews. B.Samid. Bu gün Yəmənin Ədən şəhərində Səudiyyə Ərəbistanı koalisiyasının dəstəklədiyi yeni hökumətin nazirlərinin hava limanına çatması zaman həyata keçirilən hücumda azı 10 nəfər ölüb.
SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, bu barədə Ədən şəhərinin səhiyyə mənbələri məlumat veriblər.
Bildirilib ki, bu gün Ədən hava limanında həyata keçirilən raket hücumu və partlayışlar nəticəsində azı 10 nəfər ölüb və 20 nəfər yaralanıb.
Ölənlər arasında bir nazir müavini və bir qubernator müavini var. Səudiyyədən Ədənə gələn yeni hökumətin baş naziri və nazirlərinin hamısı salamatdırlar.
Ölkənin paytaxtını, mərkəz və şimal əyalətlərini nəzarətdə saxlayan Ənsarullah hərəkatı (husilər) bu hücuma münasibət bidlirib. Husilərin dəstəklədiyi “Milli Qurtuluş Hökuməti” bəyanat yayaraq bildirib ki, “bu hücum çox şübhəlidir və Səudiyyənin dəstəklədiyi hökumətlə separatçı “Keçid Şurası” arasısında daxili hesablaşmalardan irəli gəlir."
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.