ƏƏSMN: 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb26 Dekabr 2020, 12:30 (GMT +4) Bakı, 26 dekabr, SalamNews. Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə təyin edilən 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SalamNews-a verilən məlumata görə, birdəfəlik ödəmələr dekabrın 25-dən vətəndaşlara ödənilir.
Artıq banklar ödəmələrin icrasına başlayıb. Ümumilikdə təxminən 600 min nəfərə 190 manat ödəniləcək.
|