ABŞ prezidenti Səudiyyə Ərəbistanı kralı ilə bölgə məsələlərini müzakirə edib18 Dekabr 2020, 09:20 (GMT +4) Bakı, 18 dekabr, SalamNews, B.Samid. ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləzizlə telefon bağlantısında bir sıra region məsələlərini, o cümlədən, körfəz ölkələri arasında əlaqələrin normallaşdırılmasını müzakirə edib.
SalamNews Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a istinadla xəbər verir ki, iki dövlət başçısı telefon təmasında, bölgədə təhlükəsizlik və körfəz ölkələri arasında siyasi ixtilafların aradan qaldırılması haqda fikir mübadiləsi aparıblar.
Tramp bu telefon bağlantısında ümid edib ki, Səudiyyə Ərəbistanı rəhbərliyi körfəz dövlətləri arasında ixtilafın aradan qaldırılmasına öz töhfələrini verəcəklər.
Qeyd edək ki, bəzi ABŞ və region mənbələri bildirib ki, Donald Tramp səlahiyyət müddəti bitməmiş Qətərlə digər körfəz dövlətləri arasındakı ixtilafa son qoymaq və bölgədə yalnız İranın “vahid düşmən” kimi qalmasını təmin etmək istəyir.
Səudiyyə Ərəbistanı və onunla həmrəy olan dövlətlər 2017-ci ildə Qətərlə bütün əlaqələri dayandırıb və bu ölkəni iqtisadi baxımdan blokadaya salıblar.
|