Azərbaycan nefti bahalaşıb17 Dekabr 2020, 12:00 (GMT +4) Bakı, 17 dekabr, SalamNews. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,08 ABŞ dolları və yaxud 0,16 % artıb.
SalamNews xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 51,52 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
|