Səudiyyə Ərəbistanı neft tankerinə hücum edildiyini bildirib15 Dekabr 2020, 09:23 (GMT +4) Bakı, 15 dekabr, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanı ötən gün Ciddə limanında neft tankerinə edilən hücumu təsdiqləyib və bunun “terror hücumu” olduğunu bildirib.
SalamNews Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a istinadla xəbər verir ki, ölkənin aidiyyatı qurumları 14 oktyabrda Ciddə limanında Britaniya şirkətlərindən birinə məxsus olan neft tankerindəki partlayış və yanğının terror hücumundan irəli gəldiyini bildiriblər.
Səudiyyə Ərəbistanı bu hücumun, təkcə ölkənin enerji sahəsinə deyil, bütün dünyada enerji potensiallarına qarşı bir təhlükə olduğunu bəyan edib.
Bu hücumu hələ heç bir qrup və dövlət üzərinə götürməyib.
Ötən həftə "Yəmən Ordusu və Xalq Komitələri" (husilər) Ciddə şəhərində bir neft zavodunu PUA-larla vurmuşdular. Husilər bu hücumu, Səudiyyə Ərəbistanı koalisiyasının Yəmənə hərbi müdaxilə etməsi və ölkəni mühasirədə saxlamasına qarşılıq olaraq, həyata keçirdiklərini bildiriblər.
|