Əfqanıstanda gözlənilən tarixi toplantı baş tutub05 Dekabr 2020, 13:22 (GMT +4) Bakı, 5 dekabr, SalamNews, B.Samid. Əfqanıstanda Milli Barışıq Ali Şurası ilk toplantısını keçirib.
SalamNews AvaPress-ə istinadla xəbər verir ki, Əfqanıstanda 2019-ci ilin prezident seçkilərindən sonra ölkədə sülhü bərqərar etmək məqsədilə yaradılan Milli Barışıq Ali Şurası ilk toplantısını keçirib.
Toplantıya Əfqanıstanın hazırki və sabiq prezidentləri, sabiq baş nazir və Milli Barışıq Ali Şurasının sədri Abdullah Abdullah, ölkənin bütün siyasi partiyalarının rəhbər və nümayəndələri, Əfqanıstanda hökumətin əsas müxalifələrindən olan Gülbəddin Hikmətyar, “Əfqanıstanın İslami Birliyi”nin rəhbəri Əbd Rabbi-Rasul Sayyaf, digər müxalifətçi Bürhanəddin Rəbbaninin oğlu Səlahəddin Rəbbani də qatılıblar.
Əfqanıstanın siyasi cinahları bu tarixi toplantıda ölkədə daimi sülhlə bağlı görüləcək işlərin yol xəritəsini müəyyənləşdirəcəklər.
Qeyd edək ki, Talibanla hökumət bir neçə aydır Qətərdə sülh danışıqlarını aparırlar.
|