AB və İngiltərə "Brexit"lə bağlı razılığa gələ bilməyib05 Dekabr 2020, 13:25 (GMT +4) Bakı, 5 dekabr, SalamNews. Avropa Birliyi və Böyük Britaniyanın nümayəndələri, Birləşmiş Krallığın birlikdən çıxmasından (Brexit) sonra sərbəst ticarət razılaşması barədə razılığa gələ bilməyib. Məsləhətləşmələr dayandırılıb, bundan sonrakı hərəkətlərə dair qərar İngiltərə Baş naziri və Avropa Komissiyasının rəhbəri tərəfindən qəbul ediləcək.
SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə AB-nin "Brexit" üzrə baş müzakirəçisi Mişel Barnye "Twitter"də yazıb.
“Bir həftə davam edən intensiv məsləhətləşmələrdən sonra (İngiltərə təmsilçisi) David Frost və mən razılığa gəldik ki, balıqçılıq, dövlət tənzimləməsi və ticarət qaydaları ilə bağlı məsələlərdə ciddi fikir ayrılıqları səbəbindən razılaşma şərtləri yerinə yetirilməyib", o yazıb.
|