Qətərlə Səudiyyə Ərəbistanı arasında əlaqələr bərpa edilir05 Dekabr 2020, 11:17 (GMT +4) Bakı, 5 dekabr, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanı komandası ilə Qətər arasında gərginlik sona çatmaq üzrədir. Tərəflər əlaqələrini bərpa edirlər.
SalamNews Küveytin dövlət xəbər agentliyinə (KUNA) istinadla xəbər verir ki, bu barədə əmir Şeyx Nəvaf Əhməd əl-Cabir əs-Sabah bəyanat verib və körfəzdə yerləşən ərəb dövlətlərini təbrik edib.
Küveytin əmiri bildirib ki, körfəzdə ərəb dövlətləri arasında gərginliyin aradan qaldırılması istiqamətində vasitəçiliklər işlərində müvəffəq olublar. O, bu münasibətlə körfəz ərəb ölkələrinin hamısını təbrik etdiyini bildirib.
Eyni zamanda Səudiyyə Ərəbistanın xarici işlər naziri Feysəl bin Farhan da danışıqlarda irəliləyişin olduğunu bildirib.
Məlumata görə ilkin razılaşmaya əsasən tərəflər sərhədlərini bir-birinin üzünə açacaq və hava uçuşlarını bərpa edəcəklər.
Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Misir 2017-ci ildə Qətərlə siyasi və iqtisadi əlaqələri dayandırıb, bu ölkəyə qarşı sanksiyalara başlayıblar.
|