Makron Fransada polis zorakılığının olduğunu etiraf edib05 Dekabr 2020, 10:44 (GMT +4) Bakı, 5 dekabr, SalamNews. Fransa prezidenti Emmanuel Makron, ölkədə polis zorakılığı hallarının olduğunu etiraf edib.
"Şiddətə əl atan polis məmurları var. Onları cəzalandırmaq lazımdır", deyə Fransa lideri "Brutus" internet qəzetinə verdiyi müsahibədə bildirib.
SalamNews xəbər verir ki, 23 noyabrda Fransa polisinin Parisdəki Respublika Meydanında mühacir düşərgəsini dağıtmaq üçün apardığı əməliyyata münasibət bildirən Makron, təxliyə zamanı hüquq-mühafizə orqanları əməkdaşlarının “səhv” hərəkət etdiklərini və onların mühacirlərə etdiklərinə haqq qazandırmağın mümkün olmadığını qeyd edib.
Onun sözlərinə görə, polis cəmiyyət üçün bir nümunə olmalıdır, lakin polisə qarşı şiddət də qəbuledilməzdir.
|