Ərdoğan: Fransa artıq vasitəçi kimi etibarlılığını itirib04 Dekabr 2020, 16:28 (GMT +4) Bakı, 4 dekabr, SalamNews. ATƏT-in Minsk qrupu vasitiəçi qrupdur, Fransa həmsədr ölkə olaraq vasitəçi kimi çıxış etməlidir.
SalamNews-un "Anadolu"ya istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa parlamentinin qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnaməsini şərh edərkən deyib.
O bildirib ki, son addımları ilə Fransa vasitəçi kimi etibarlılığını itirib. Fransa ilk növbədə prezident Emmanuel Makrondan canını qurtarmalıdır:
“Makron Fransanın başına bəladır. Makronla Fransa əslində çox təhlükəli dövr yaşayır. Ümid edirəm, Fransa Makron bəlasından qurtulacaq. Əziz qardaşım İlham Əliyevin fransızlara bir tövsiyəsi oldu. O dedi ki, Fransa erməniləri bu qədər sevirsə, Marseli ermənilərə versin. Mən də eyni şeyi tövsiyə edirəm”.
|