Türkiyə İranla sərhəddə 81 km-lik beton divarın tikintisini başa çatdırıb (FOTO)04 Dekabr 2020, 16:45 (GMT +4) Bakı, 4 dekabr, SalamNews, B.Samid. Türkiyə iki il öncə İranla sərhəddə başlatdığı divarın tikintisini bitirib.
SalamNews xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Süleyman Soylu rəsmi tvitter səhifəsində məlumat verib.
Türkiyə rəsmisi bildirib ki, Ağrı əyaləti ilə İran sərhədində 81 km uzunluğunda beton divarın tikintisi nəhayət başa çatıb.
O əlavə edib ki, bölgədə coğrafi relyefin çox çətin olmasına baxmayaraq, bu layihə yerli mühəndislərin və aidiyyatı qurumların əziyyəti nəticəsində başa gəlib.
Qeyd edək ki, İran-Türkiyə sərhədi təqribən 560 km-dir. Sərhəd boyu Ağrı əyaləti, İran tərəfində isə Qərbi-Azərbaycan əyaləti yerləşir.
Hər iki ölkə bu bölgədə PKK və PJAK terror qruplaşmalarının ara-sıra hücumlarına məruz qalırlar.
|