Bakı, 4 dekabr, SalamNews. Şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq ümumrespublika səviyyəsində bir dəqiqəlik sükut elan edilib. SalamNews xəbər verir ki, Kürdəmir və Ağsuda da insanlarımızın iştirakı ilə dualar edilib, namazlar qılınıb.
Saatlar 12:00-ı göstərəndə həyat bir dəqiqəlik sükuta qərq olub. Ölkəmizin hər yerində, bütün bölgələrimizdə qələbə carçısı olan şəhidlərimiz yad edilib. 7-dən 70-ə, hər kəs sayqı duruşuna keçib. Nəqliyyat vasitələri siqnallarla bu sayqı duruşunu daha da təsirləndirib. Ardınca isə sosial ara məsafələr və digər təhlükəsizlik qaydaları gözlənməklə məscidlərə üz tutulub, namazlar qılınıb. İnsanlarımız Allahdan şəhidlərimizin ruhuna rəhmət, qazilərimizə şəfa diləyiblər.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.