Səfir: Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır04 Dekabr 2020, 12:57 (GMT +4) Bakı, 4 dekabr, SalamNews. "Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır."
SalamNews -un məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz "Twitter" səhifəsində yazıb.
“Düşünürəm ki, bu günə qədər hər kəs bunu anladı: Fransa hökuməti parlamentinin müstəqilliyini tanıyır. Ancaq Qarabağın müstəqilliyini tanımır", səfir yazıb.
Xatırladaq ki, Fransa Senatı və daha sonra parlamenti Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına çağıran qətnaməni qəbul edib.
|